Badamdarda sürüşmə təhlükəsi: yol bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Badamdarda sürüşmə təhlükəsi: yol bağlandı

Hadisə

05 Aprel 2026 13:35 369


Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə sürüşmə təhlükəsi yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olmuş məlumata əsasən vəziyyət qiymətləndirilib və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edilib. pizza sifarişi

Bildirilib ki, hazırda yolda hər hansı problem müşahidə olunmur, ərazi nəzarət altındadır və yamacın yuxarı hissəsi nəzarətdə saxlanılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!