“Bağırov” körpüsündə görülən işlərin son vəziyyəti - Video

saytların hazırlanması

Evə çatdırılma

“Bağırov” körpüsündə görülən işlərin son vəziyyəti - Video

Sosial

15 Avqust 2025 23:39 728


"Bağırov" körpüsünün üzərində görülən işlərin son vəziyyəti acıqlanıb.

Yenisabah.az xəbər verir ki, iş icraçıları Xəzər TV-yə bildiriblər ki, dəmir yolu xətlərinə toxunulmadan ətraf ərazilər təmir edilir. Hazırda yol yatağı üzərində beton konstruksiyalar, bərkitmə işləri görülür.

Metronun ''Koroğlu'' stansiyası istiqamətində işlər yekunlaşdıqdan sonra, körpü üzərindən Heydər Əliyev Mərkəzi istiqamətində geridönmədə hərəkət tam məhdudlaşdırılaraq təmir işlərinə başlanacaq. Toyuqlu pizza

Qeyd edək ki, ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhimdar Cəmiyyəti tərəfindən ayın 12-i səhər saatlarından körpünün üzərindəki geriyə dönmədə təmir işlərinə başlanıb. 

Ümumilikdə işlərin 10 günə başa çatdırılması planlaşdırılır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!