Mərkəzi Elmi Kitabxanada jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzinin yeni kitabının təqdimatı keçirilib.
Kitabın təqdimat mərasimində yazıçının qələm dostları, mədəniyyət-ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə tanınmış jurnalist Qulu Məhərrəmli açıb. O, Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabı haqqında məlumat verib. pizza
Daha sonra yazıçı Seyran Səxavət, deputat Qüdrət Həsənquliyev və digərləri çıxış edib.
Sonda müəllif oxucular üçün kitab imzalayıb.
Qeyd edək ki, kitabın redaktorları Orxan Musa və Mübariz Piridir. "Göyün cazibə qüvvəsi" Bahəddin Həzinin sayca ikinci kitabıdır. Bundan əvvəl müəllifin "Ölümcül həqiqətlər" kitabı çap olunub və maraqla qarşılanıb.
Telegram kanalımız