Rusiyada məşhurlaşan “Bahh Tee” ləqəbi ilə məşhurlaşan müğənni Bəxtiyar Əliyev sosial şəbəkə hesabını silib.
Yenisabah.az xəbər verir ki, cəbhə bölgəsində Azərbaycan- Ermənistan arasında gedən döyüşlər barədə heç bir məlumat paylaşmayan ifaçı bir müddət əvvəl sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqid edilmişdi.
Belə ki, "İnstagram"da milyonlarla izləyicisi olan Bəxtiyar tənqidlərdən sonra hesabını silib. Dominos pizza
Qeyd edək ki, bəziləri Rusiyada yaşayan məşhurların bu addımını orada erməni fanatlarının çox olması ilə əlaqələndirirlər. Bu isə azərbaycanlı izləyicilərin hiddətinə səbəb olub.
Telegram kanalımız