Aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanır.
Bu barədə "Yeni Sabah"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Proqram seçimi DİM-in internet saytı vasitəsilə elektron qaydada aparılır.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevral 2019-cu il tarixində keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26 dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar. Dominos pizza
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər imtahanın 26 may 2019-cu il tarixində keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.
Xatırladaq ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər (bax: “Magistr” jurnalı, №3, 2019-cu il).
Qəbul imtahanının ikinci mərhələsi 2019-cu il mayın 26 da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. 25, 30, 41, 43, 44, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verəcəklər.
İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Telegram kanalımız