Bakcell şirkəti məşhur MEGOGO video xidməti ilə əməkdaşlığa başlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində Bakcell abunəçiləri 10 minə qədər lisenziyalı film, cizgi filmi, televiziya serialı və digər video məzmuna 12 aya qədər PULSUZ baxmaq imkanı qazanıblar.
MEGOGO MDB ölkələri və Şərqi Avropa regionunun ən böyük beynəlxalq OTT/VOD xidmətləri təminatçısıdır. Bakcell və “MEGOGO”nun birgə eksklüziv təklifində ən vacib məqamlardan biri də bu paketə Azərbaycan dilinə dublyaj edilmiş 400-dən çox filmin daxil edilməsidir. Sezar pizza
Xidmətə bütün Bakcell abunəçiləri qoşula bilər (Cin, Klass və Biznes individual). Bu fürsətdən yararlanmaq üçün müştərilər öz Bakcell nömrələri ilə www.megogo.net Internet səhifəsində və ya “Google Play Store” və “Appstore”dan yüklənilən MEGOGO mobil tətbiqetməsində qeydiyyatdan keçməlidir. Abunəçinin qoşulduğu tarif paketindən asılı olaraq xidmətə 6-12 ay arasında pulsuz abunəlik təqdim edilir. PULSUZ istifadə müddəti bitdikdən sonra abunəçilər xidmətdən ayda cəmi 3 AZN xidmət haqqı ödəməklə yararlana bilərlər.
Qeyd edək ki, bu tərəfdaşlıq çərçivəsində MEGOGO xidmətindən 5 fərqli cihazda və 30-dan çox cihaz platformasında istifadə etmək mümkündür. Xidmətdən istifadə etmək üçün kəsintisiz internet bağlantısı (mobil və yaxud stasionar) tələb olunur.
Telegram kanalımız