Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir.
“Yeni Sabah” xəbər verir ki, artıq 5 ildən çoxdur ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 270 yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsindən ibarətdir.
“Ulduzum” proqramının ən aktiv və populyar tərəfdaşları siyahısında yer alan “158 Taxi” xidməti və “Pierre Cardin” mağazalar şəbəkəsi ötən ilin oktyabrından başlayaraq istifadəçi sayının artımı üzrə yüksək templər nümayiş etdirirlər. Dördpendirli pizza
2018-ci ilin oktyabr ayından bəri “Ulduzum” proqramının tərəfdaşı olan “Pierre Cardin” mağazalar şəbəkəsinin təklif etdiyi kampaniyadan təkcə son 3 ay ərzində min nəfərdən çox Bakcell abunəçisi yararlanıb. “Ulduzum” istifadəçilərinə Pierre Cardin mağazalarında yeni kolleksiyaya 10%, 50%-dək endirimli məhsullara isə 5% endirim təqdim olunur.
2018-ci ilin oktyabrından etibarən “Ulduzum” tərəfdaşı olan “158 Taxi” xidmətinin xüsusi təklifindən qısa müddət ərzində min nəfərdən çox Bakcell istifadəçisi yararlanıb. Xüsusi kampaniyanın şərtlərinə əsasən “Ulduzum” kodu vasitəsilə sifariş olunmuş hər 5 gedişdən sonra abunəçilərə 1 PULSUZ gediş təqdim edilir.
Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.
Telegram kanalımız