Bakcell-ə yeni rəhbər təyin edilib

saytların hazırlanması

Evə çatdırılma

Bakcell-ə yeni rəhbər təyin edilib

Rəqəmsal

16 Aprel 2019 21:32 1277


Bakcell şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə Rainer Rathgeber təyin ediləcək. 

“Yeni Sabah” xəbər verir ki, o, şirkətdə fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bitdikdən sonra başlayacaq.

Telekommunikasiya sahəsində 20 illik iş təcrübəsinə malik olan cənab Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada “Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber “T-Mobile International AG”də vitse-prezident, “T-Mobile Croatia”da baş icraçı direktor, “Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, “OTE Group Greece” və “Romtelecom Romania”da direktorlar şurasının üzvü olub. O həmçinin, Abu Dabidə “Etisalat Groupd”da baş kommersiya direktoru, Nigeriyanın “EMTS” şirkətinin və Pakistanın “PTCL” və “Ufone” şirkətlərinin direktorlar şurasının üzvü, Pakistanın “Ufone” şirkətində baş icraçı direktor, Pakistanın “Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) direktorlar şurasının sədri kimi vəzifələrdə çalışıb.  Dördpendirli pizza

“Bakcell Azərbaycanın telekommunikasiya sektorunda güclü mövqeyə malikdir və son illərdə xüsusilə böyük nailiyyətlər əldə edib. Bu sırada mən qlobal telekommunikasiya sektorunda böyük əhəmiyyət daşıyan “ən sürətli mobil şəbəkə” və “best in test” (“sınaq nəticələrinə görə ən yaxşı”) mükafatlarını, sürətlə genişləndirilən 4G şəbəkəsini və müştəri xidmətləri sahəsində innovasiyaların tətbiqi kimi məqamları xüsusilə vurğulamaq istərdim. “Bakcell”in davamlı inkişafı üçün öz peşəkar təcrübəmdən və bacarıqlarımdan tam olaraq istifadə edəcəyəm. İnanıram ki, şirkətin peşəkar komandası ilə birlikdə “Bakcell”in bundan sonra da uğurlu inkişafını davam etdirəcəyik”, deyə cənab Rathgeber bildirib.

2016-cı ilin may ayından 2019-cu ilin aprel ayınadək “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış cənab Nikolai Beckers şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!