Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə təşkil olunan “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.
“Yeni Sabah” xəbər verir ki, şirkət “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında mükafatlandırıb.
“”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə mükafata layiq görülmüş “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Bakcell”in əz uzunmüddətli tərəfdaşlarından biri olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunur. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar. Biz 2019-cu ildə də növbəti eyniadlı layihəni həyata keçirəcək və daha çox gəncə dəstək olacağıq”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib. pizza hut
Telegram kanalımız