Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

saytların hazırlanması

Evə çatdırılma

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

Rəqəmsal

24 Sentyabr 2021 15:11 1764


Bakcell şirkəti və “ASAN Könüllüləri” Təşkilatı yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncədə yaşayan aztəminatlı və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim edib. Aksiyanın  məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 24 nəfər uşağa Bakcell tərəfindən məktəb ləvazimatları hədiyyə olunub. 

Uzunmüddətli tərəfdaşlıq sayəsində Bakcell və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.  Dördpendirli pizza

Qeyd edək ki, Bakcell şirkəti “ASAN Məktub” proqramına həmçinin mobil rabitə dəstəyi göstərir.

Bakcell xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!