Bakcell və İNNOLAND developerlər üçün tədbir keçirib

saytların hazırlanması

Evə çatdırılma

Bakcell və İNNOLAND developerlər üçün tədbir keçirib

Sosial

31 Yanvar 2019 20:36 1083


Bakcell şirkəti İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi ilə birgə yerli oyun developerləri üçün Global Game Jam® (GGJ) hackathon tədbirini təşkil edib. 

“Yeni Sabah” xəbər verir ki, Global Game Jam® (GGJ) dünyanın müxtəlif ölkələrində təşkil olunan ən iri oyun yazma müsabiqəsidir. Oyunların yazılması üzrə keçirilən bu beynəlxalq hackathon yarışması insanlara bir araya gəlib yaradıcılıqla məşğul olmaq, təcrübəni bölüşmək və özlərini video oyunlar vasitəsilə ifadə etmək üçün imkan yaradır. Bütün dünyadan olan developerlər 48 saat ərzində yeni texnoloji alətləri ilə taniş olmaq, özünü yeni sahələrdə sınamaq, bacarıqlarını göstərmək və tam yeni bir oyunu yaratmağa dəvət olunurlar. 

Bakıda keçirilmiş müsabiqənin 17 nəfər iştirakçısı 3 komandaya bölünüb 3 yeni oyun yazmağa nail olublar. Tədbirin sonunda bütün iştirakçılara ASAN INNOLAND Mərkəzinin əsas sponsoru olan Bakcell şirkətindən hədiyyələr təqdim olunub.  pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!