“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi 

saytların hazırlanması

Evə çatdırılma

 “Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi 

Rəqəmsal

25 Fevral 2021 13:09 1722


Yeni internet paketi “Skype”, “Zoom”, “MS Teams” və “Go to Meeting” platformalarında istifadə oluna bilər

Hazırki dövrdə onlayn iş və təhsilin sosial əhəmiyyətini və abunəçilərin distant ünsiyyətə artan tələbatını nəzərə alaraq, Bakcell onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib.

Yeni “Onlayn iş və təhsil” internet paketi sayəsində istifadəçilər iş görüşlərinə və onlayn dərslərə istənilən yerdən və istənilən mobil cihazdan asanlıqla qoşula biləcəklər. Ayda cəmi 10 manata Bakcell abunəçiləri 40 GB həcmində internet trafiki əldə edəcək. 

Yeni internet paketi “Skype”, “Zoom”, “MS Teams” və “Go to Meeting” kimi onlayn platformalarda istifadə oluna bilər. Beləliklə, onlayn təhsil alan və evdən işləyən internet  istifadəçiləri “Bakcell”in ən üstün müştəri təcrübəsi ilə yanaşı Azərbaycanın ən üstün mobil şəbəkəsindən yararlanacaqlar. pizza mizza

“Online iş və təhsil” internet paketi barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/online-edu-work  səhifəsində tanış olmaq olar.  

Qeyd edək ki, Covid-19 pandemiyası zamanı Bakcell şirkəti müəllimlər üçün xüsusi tarif təqdim etməklə ölkədə onlayn tədris prosesinin keyfiyyətinin artırılmasına öz töhfəsini verib. Belə ki, xüsusi təklif çərçivəsində minlərlə müəllim ayda cəmi 5 AZN ödəməklə pulsuz mobil nömrə, müəllimlər arasında pulsuz zəng imkanı, 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə əldə edir. 

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim etməyə davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!