“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

Rəqəmsal

20 Avqust 2024 12:06 2487


"Bakcell"in baş sponsorluğu və “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün "Ənənə" yay düşərgəsi təşkil olunub. Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində baş tutan tədbirdə 50-dək şəhid övladı iştirak edib. 

Hərbi vətənpərvərlik və milli ənənələr mövzusuna həsr olunan düşərgə beş gün (13-18 avqust) davam edib. Tədbirdə gənclərin iştirakı ilə qədim milli oyun növləri üzrə yarışlar, müxtəlif təlimlər və interaktiv oyunlar keçirilib. 

"Müasir bacarıqlar və innovasiya" adlı təlim düşərgə iştirakçıların xüsusi marağına səbəb olub.  Təlimdə “Bakcell”in əməkdaşı Rüfət Quliyev gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsində texnologiya və innovasiyanın rolundan danışıb. Bundan əlavə, “Bakcell”in innovativ xidmətləri, “high-tech” və “AI” dəstəkli məhsulları barədə məlumat verilib.  Toyuqlu pizza

Qeyd edək ki, şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM)  proqramının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!