“Bakcell”in dəstəyilə konsert proqramı keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell”in dəstəyilə konsert proqramı keçirilib

Rəqəmsal

23 Aprel 2019 20:57 1137


Bakcell şirkəti Frankofoniya həftələrinin yekunu olan "Quoi? Où? Quand?" adlı konsert proqramının keçirilməsinə dəstək göstərib.  

“Yeni Sabah” xəbər verir ki, konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib. 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Belçika Krallığının Azərbaycandakı səfiri Bert Şufs, “Bakcell” şirkətinin və Fransız Mədəniyyət İnstitutunun nümayəndələri, həmçinin, UFAZ-ın professor-müəllim heyəti və tələbələr iştirak edib. pizza sifarişi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!