Bakı Baş Səhiyyə İdarəsi LƏĞV EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bakı Baş Səhiyyə İdarəsi LƏĞV EDİLDİ

Sağlamlıq

30 İyun 2021 15:22 1250


“Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Proses yaxın zamanlarda yekunlaşacaq”.

Yenisabah.az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O qeyd edib ki, ilkin səhiyyə xidmətinə aid olan strukturlar həmin tibb mərkəzində birləşəcəklər: “Eləcə də 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. Mərkəzin tabeliyində olacaq poliklinikalardakı dar ixtisaslı həkimlər Kliniki Tibbi Mərkəzin tabeçiliyinə keçəcək. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!