Avtovağzal Kompleksinin saytı işləməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Avtovağzal Kompleksinin saytı işləməyəcək

Avto

07 İyun 2019 15:32 1751


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin BBAK.az veb saytı sabah saat 00:00-dan etibarən texniki işlərlə əlaqədar olaraq iyunun 8-dək saat 8:00-a qədər fəaliyyətini dayandıracaq.

BBAK-dan “Yeni Sabah”a verilən məlumata görə, qabaqcadan bilet əldə etmək istəyən sərnişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassaları ilə yanaşı, Nizami 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından da öncədən bilet əldə edə bilərlər. 

"Onlayn" qaydada bilet sifariş edən sərnişinlər biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmalıdır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!