“Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm” - Əbülfəs Qarayev

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm” - Əbülfəs Qarayev

Mədəniyyət

18 Dekabr 2019 10:42 1206


Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirki ilə bağlı iradlar irəli sürülüb ki, bunlar da haqlı iradlardır.

"Yeni Sabah"ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib: Sezar pizza

“Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, təhlükəsizliklə bağlı müəyyən ölçülər götürməliyik”.

“Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır”, - deyə Ə.Qarayev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!