Bakı dünyanın ən maraqlı şəhərləri sırasında

saytların hazırlanması

Evə çatdırılma

Bakı dünyanın ən maraqlı şəhərləri sırasında

Rəsmi

23 Fevral 2019 13:39 2199


Litvanın www.15min.lt  portalında dünyanın ən maraqlı paytaxt şəhərləri haqqında məlumat yerləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, portalda paytaxt Bakı dünyanın dəniz səviyyəsindən aşağıda yerləşən tək və unikal şəhəri olaraq qeyd olunub. Məlumatda vurğulanır ki, Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Xəzərin “dəniz səviyyəsindən aşağı dəniz” adlandırıldığı məqalədə onun əslində göl olması da diqqətə çatdırılır. Burada Azərbaycanın ən yüksək nöqtəsi - Bazardüzü zirvəsi barədə də qısa məlumat verilib.

Məlumat üçün bildirək ki, dünyanın ən hündür paytaxtı Boliviyanın La-Paz şəhəridir. O, dəniz səviyyəsindən 3,64 km hündürlükdə yerləşir.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!