"Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti, eyni zamanda, keçirildiyi məkan, iştirakçıların say tərkibi, onların hansı ölkələri və şirkətləri təmsil etmələri ilə diqqətdə olur. Bu baxımdan 31 may-3 iyun tarixlərində dünyanın enerji mərkəzlərinin nəzərlərini yenidən Azərbaycana yönəldən 28-ci Xəzər Neft və Qaz Sərgisi son dərəcə diqqətçəkən beynəlxalq əhəmiyyətli tədbir oldu".
Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın həm regionda, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən beynəlxalq enerji həftəsinin təşkilatçıları isə “Iteca Caspian” və “Caspian Event Oraganisers” və onların beynəlxalq tərəfdaşları–“İCA Events” və “CEM FZ LLC” şirkətləri idi. Tədbirin baş sponsoru SOCAR, sponsor¬ları isə “AbuDhabi Port”, “ACWA Power”, “Ansaldo Energia”, “AZEL SYSTEMS”, “Azeri M-I Drilling Fluids”, AZFEN, “Baku Steel Company”, bp, “Caspian Drilling Company”, “Caspian Marine Ser¬vices”, “Equinor”, “EP Absheron”, “Intertek”, “Global Energy Azerbaijan”, GL, “Inpex”, “KOLIN Const-ruction”, “MASDAR”, “Tekfen”,“Total Energies”, “Turkish Petroleum”, “Uniper”, “Ural Steel” şirkətləridir. Sponsorların say tərkibinin genişliyi Bakı Beynəlxalq Enerji Həftəsinin yüksək statusa malik olduğunu, sərgiyə marağın daha da artdığını göstərdi. pizza mizza
Baş redaktor onu da əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, ayrı-ayrı şirkət və müəssisələrin öz uğurlu nəticələrini və perspektivlərini geniş nümayiş etdirmələri tədbirə marağı daha da artırdı.
Vüqar Rəhimzadə bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun xüsusi sessiyasının Naxçıvan şəhərində təşkil olunması dahi şəxsiyyət Heydər Əliyevə böyük ehtiramın və sevginin bariz nümunəsi idi. Ümummilli Liderin doğulduğu Naxçıvanda bu gün dahi rəhbərin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs etmək böyük qürurdur.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Xəzər Neft-Qaz Sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm beynəlxalq platformaya çevrilib. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Həmçinin tədbirin bir çox ölkələrdən olan nüfuzlu şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi, vacib qərarların qəbul edildiyi və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu məkana çevrilib.
Telegram kanalımız