Bakı iflic oldu 

saytların hazırlanması

Evə çatdırılma

Bakı iflic oldu 

Sosial

16 Sentyabr 2024 10:51 373


Yeni dərs ilinin başlanması ilə yollarda nəqliyyat vasitələrinin artması Bakını iflic edib. 

Axar.az xəbər verir ki, Formula-1 yarışı bitsə də, bu tədbirə görə şəhər mərkəzində bağlanan yollar hələ açılmayıb. Üstəlik, Bakının əsas prospektlərindən olan Babək və Qara Qarayev də bağlanıb.

Qara Qarayev prospektinin “Koroğlu” yol qovşağına çıxan hissəsində tam məhdudiyyətin tətbiqi avtomobil vasitələrinin Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə çıxışını mümkünsüz edib. Nəticədə Bakının əksər prospektlərində hərəkət dayanıb. Toyuqlu pizza

Qeyd edək ki, Formula-1-ə görə şəhər mərkəzində küçə və prospektlərin bağlı olduğu bir vaxtda Qara Qarayev prospektinin Ziya Bünyadova çıxışının da tam məhdudlaşdırılması məntiqi anlaşılmazdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!