Bakı ilə İrəvan arasında “səssiz” müqavilə   BAĞLANACAQ

saytların hazırlanması

Evə çatdırılma

Bakı ilə İrəvan arasında “səssiz” müqavilə BAĞLANACAQ

Siyasət

29 Oktyabr 2021 19:29 4348


Ermənistan Zəngəzur dəhlizi ilə bağlı ritorikanı yumşaldıb və bu, ən azı, hazırda radikal milliyyətçi siyasətdən imtina, razılıq deməkdir.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Siyasətinin Təhlili Mərkəzi məqalə dərc edib.

“Əgər Ermənistan Türkiyə ilə münasibətlərini yaxşılaşdırsa, hərbi qarşıdurma ehtimalı yoxa çıxacaq və bütün tərəflər üçün uyğun olan status-kvonun formalaşması üzrə Ermənistanla Azərbaycan arasında “səssiz” müqavilə bağlanacaq. pizza hut

Çünki ikitərəfli münasibətlərin normallaşdırılması ticarətin yaxşılaşdırılmasında ümumi maraqları olan Ermənistan və Türkiyənin iqtisadi əməkdaşlığına zəmin yaradacaq. Getdikcə sərhəd uzunluğu 300 km-ə qədər açıla bilər.

Təbii ki, xarici qüvvələrin müdaxiləsi, eləcə də İrəvanın millətçi əhval-ruhiyyəli təbəqələrinin hərəkətləri və qarşılıqlı inamsızlıq potensial yaxşılaşmanı məhdudlaşdıra bilər. Ona görə də burada uzunmüddətli perspektiv vacibdir”, – təhlildə qeyd olunur./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!