Bakı ilə İrəvan dəmir yolunun haradan keçəcəyi barədə razılaşıb

saytların hazırlanması

Evə çatdırılma

Bakı ilə İrəvan dəmir yolunun haradan keçəcəyi barədə razılaşıb

Siyasət

09 İyun 2023 14:06 705


“2-3 fikir ayrılığı var, lakin ümumiyyətlə mətn yüksək səviyyədə hazırdır”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin son iclası 9 saat davam edib. pizza hut

Overçuk qeyd edib ki, bu iclasın nəticələrinə əsasən, prinsipial məqamlarla - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var:

“Bu, adi bir dəmir yolu olacaq. Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflər kommunikasiyaların tezliklə açılması prosesinə başlamaq istəyi var”.

Rusiya Baş nazirinin müavini onu da əlavə edib ki, sərhəd nəzarətinin Rusiya Federasiyası FTX tərəfindən həyata keçirilməsi imkanları Ermənistandan asılı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!