Bakı İrəvanın saxtakarlığına dair faktları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakı İrəvanın saxtakarlığına dair faktları açıqladı

Siyasət

30 May 2023 07:45 583


Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "Twitter" hesabında Ermənistan parlamentinin spikeri Alen Simonyanın paylaşımına cavabında bildirib.

"Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı: Marqarita pizza

Birincisi, İkinci Dünya Müharibəsi abidəsini dağıdan, İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silib, Laçının işğalı ilə bağlı yazıları və 1992-ci ilin mayında onu yandıran erməni terrorçularının siyahısını yazan məhz Ermənistandır.

İkincisi, Ermənistanın spikeri və baş nazirin (Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan) ən yaxın adamı Azərbaycanın qədim şəhəri olan Laçını "Berdzor" adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti dəfə hücum etmiş olur.

Üçüncüsü, Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli, Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!", - deyə A.Hacızadə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!