“Bakı Kart“ın balansını internetlə artırmaq nə vaxt mümkün olacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Kart“ın balansını internetlə artırmaq nə vaxt mümkün olacaq?

Avto

12 İyul 2019 10:13 1376


Paytaxtın nəqliyyat sistemində istifadə olunan "Bakı Kart"ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq.

“Yeni Sabah” bildirir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlayıb.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

BNA rəsmisi kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib:

"Bu günə qədər həmin terminalların heç bir sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır. Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!