Bakı küçəsində maşın hasara çırpıldı: Sərxoş halda qəza törədən vəzifəli şəxs işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı küçəsində maşın hasara çırpıldı: Sərxoş halda qəza törədən vəzifəli şəxs işdən çıxarıldı

Kriminal

04 Fevral 2026 22:47 662


30 yanvar 2026-cı il tarixində gecə saatlarında Qazax şəhərinin Bakı küçəsində "KIA Sorento" markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Süleyman Asif oğlu Axundov da olub.

Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S.Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib. Marqarita pizza

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S.Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!