“Bakı Metropoliteni” tənqiddən nəticə çıxardı

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Metropoliteni” tənqiddən nəticə çıxardı

Sosial

11 Fevral 2019 13:53 788


Bakı Metropolitenində vətəndaşların qəbul vaxtları ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq.

“Yeni Sabah” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, 2018-ci il ərzində QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib. Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır, yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Qeyd edilib ki, vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar var. Bu səbəbdən işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaşların qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb. Sezar pizza

Xatırladaq ki, vətəndaşların qəbulunda olan problemlərə görə “Bakı Metropoliteni”nin də adı Prezident Administrasiyasının açıqladığı siyahıda yer almışdı. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!