Bakı Metropolitenində yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

Bakı Metropolitenində yeni təyinat

Rəsmi

03 Aprel 2025 14:46 490


Cəmilə Xəlilova “Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyin edilib.

Yenisabah.az xəbər verir ki, o, 1984-cü ildə anadan olub. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2005-2007-ci illərdə isə magistr dərəcəsi alıb. 2019-2024-cü illərdə təhsilini Böyük Britaniyanın “Chartered Institute of Professional Development”də (CIPD) davam etdirib və strateji insan resursları sahəsində iki diplom əldə edib.

2005-2017-ci illərdə bir sıra şirkətlərdə hüquq və insan resursları sahəsində müxtəlif vəzifələri icra edib, 2017-2023-cü illərdə “Nobel Energy” şirkətlər qrupuna daxil olan “Prokon EPC” şirkətində İnsan resursları departamentinin direktoru, 2023-cü ildən etibarən “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsində çalışıb. Marqarita pizza

Hazırda “Selinus University of Sciences”də insan idarəedilməsi sahəsi üzrə doktorantura təhsili alır və CİPD İnstitutunun “Fellow Chartered” üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!