İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
Bu barədə Yenisabah.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədovun sözlərinə görə, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb: Toyuqlu pizza
"Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub".
Qurum rəsmisi deyib ki, xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Telegram kanalımız