Bakı metrosunda hadisə - Qapılar bağlandı, işıqlar söndü

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda hadisə - Qapılar bağlandı, işıqlar söndü

Hadisə

18 Oktyabr 2019 09:51 1303


Bu gün səhər saatlarında Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, tuneldə isə qatarın işıqları sönüb. 

“Yeni Sabah” xəbər verir ki, sərnişinlər metronun “İnşaatçılar” stansiyasında düşə bilməyiblər. Onlar  “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıtmalı olublar.

Hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, qapıların açılmaması yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlıdır: pizza sifarişi

“Yeni vaqonlarda əgər sərnişin qapıları çox tutub saxlayırsa bu həmin qapıların sonradan açılmaması ilə müşahidə edilir. Bu gün səhər saatlarında da elə bir hal baş verib. Bu səbəbdən də ola bilsin ki, bəzi sərnişinlər “İnşaatçılar” stansiyasında düşə bilməyib. Artıq qatar “Elmlər Akademiyası”na yola düşəndə maşinist sistemi yenidən qoşub. Bu zaman isə vaqonların işıqları ani olaraq sönüb. Amma sərnişinlər arasında elə bir narahatlıq yaranmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!