Bakı metrosunda həyəcanlı anlar: Qatarı tüstü bürüdü, vaqonlar boşaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda həyəcanlı anlar: Qatarı tüstü bürüdü, vaqonlar boşaldıldı

Hadisə

21 Sentyabr 2019 13:20 1280


Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, qatarın “Nəriman Nərimanov” stansiyasından “Gəncliyə” doğru hərəkət etdiyi zaman vaqonları tüstü bürüyüb.

Hadisə şahidlərinin sözlərinə görə, qatar “Gənclik” stansiyasında dayanıb. Bir neçə sərnişinin ürəyi getdiyi bildirilir.  pizza sifarişi

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov hadisə ilə bağlı açıqlama verib. O, qatarda baş verən tüstülənmənin səbəbini izah edib:

“Qatarı tüstü bürüməsinə səbəb həmin qatardan əvvəl xətdə buraxılan sınaq qatarı olub. Sərnişinsiz hərəkət edən qatarın təkərlərinin detallarından biri sıxılıb və bu üzdən tuneli tüstü bürüyüb. Bu da öz növbəsində ondan sonra gələn qatarda tüstü iyinin hiss olunması ilə nəticələnib. Sərnişinlər metronun “Gənclik” stansiyasında qatardan boşaldılıb. Hadisə nəticəsində xanım sərnişinlərdən biri həyəcanlanıb. O, təcili yardım köməyindən imtina edib”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!