Bakı metrosunda konsert olacaq - Bu stansiyalarda

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda konsert olacaq - Bu stansiyalarda

Mədəniyyət

17 Sentyabr 2019 14:51 1402


Hər il olduğu kimi, bu il də "Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq,  18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

"Yeni Sabah" bildirir ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Sentyabrın 12-də Bakı metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsilə əlaqədar olaraq budəfəki konsert proqramının keçirildiyi stansiyaları arasında “Xətai” də yer alacaq. 

Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Xətai” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30; Dominos pizza

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- "Xətai” stansiyası – saat 14:00-15:30.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!