Bakı Metrosunda nasazlıq - Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Bakı Metrosunda nasazlıq - Nə baş verir?

Sosial

16 Sentyabr 2024 09:18 909


Bu gün Bakı metrosunun fəaliyyətində fasilə yaranıb. Bu üzdən "Həzi Aslanov -  "İçərişəhər" istiqamətində hərəkət edən qatar metronun "Ulduz" stansiyasında 6 dəqiqə gözləməli olub.

Yenisabah.az-ın məlumatına görə, hərəkətin dayanmasına səbəb metro qatarlarında yaranan nasazlıq olub. "Yeni Sabah"ın qatarda olan əməkdaşı maşinistin nəqliyyat vasitəsini hərəkətə gətirmək üçün bir neçə dəfə cəhd etdiyinin şahidi olub. Bu cəhdlərin uğursuz olması sərnişinlər arasında təşviş yaradıb. Yalnız 6 dəqiqə sonra qatarı hərəkətə gətirmək mümkün olub. 

Nəticədə "Həzi Aslanov -  "Dərnəgül" istiqamətində hərəkət edən qatarın qrafikində gecikmə qeydə alınıb.  pizza

Metropoliten rəsmilərinin hadisə ilə bağlı açıqlama verəcəyi gözlənilir. 

Nazim HACIYEV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!