Bakı metrosunda sıxlıq belə ləğv olunur   - GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda sıxlıq belə ləğv olunur - GÖRÜNTÜLƏR

Sosial

08 Aprel 2026 19:49 686


Bakı metrosunda xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, layihə çərçivəsində "yaşıl" və "qırmızı" xətləri birləşdirən piyada keçidi inşa olunur. Keçid "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında rahat və təhlükəsiz hərəkəti təmin edəcək. Yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasından birbaşa "28 May" stansiyasının platformasına hərəkət üçün imkan yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.

Bu, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, platformada sıxlığın yaranmasının qarşısı alacaq. Sezar pizza

Yeni inşa olunan keçid bu ilin sonuna qədər sərnişinlərin istifadəsinə veriləcək.

Oxu.Az-ın keçidin inşa prosesindən hazırladığı reportajı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!