Bakı polisi koronavirusla bağlı reyd keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisi koronavirusla bağlı reyd keçirdi - Fotolar

Maraqlı

28 İyul 2020 22:34 962


Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakıda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Yenisabah.az Bakı şəhər Baş Polis İdarəsinə istinadla xəbər verir ki, yaşayış yerini icazəsiz tərk edən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Diqqətə çatdırılır ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir.  Sezar pizza

Göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!