Bakı-Qazax magistralında yük maşınları toqquşdu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax magistralında yük maşınları toqquşdu - Fotolar

Hadisə

23 İyun 2020 01:18 1079


Bakı-Qazax magistralında yük maşınları toqquşub, yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 110-cu kilometrliyində Hacıqabul şəhərinin ərazisindən keçən körpünün üstündə baş verib. 

Beynəlxalq yükdaşıma həyata keçirən Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes” markalı TIR yük avtomobili arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Sezar pizza

Nəticədə hər iki yük avtomobili sıradan çıxmaqla yanaşı, yol infrastrukturuna ciddi ziyan dəyib.

Qəza baş verən andan magistralın Qazax istiqamətində olan hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.Fəsadlar aradan qaldırıldıqdan sonra yolda hərəkət bərpa olunub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!