Bakı-Qazax yolunda ağır qəza -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax yolunda ağır qəza - VİDEO

Hadisə

27 Fevral 2026 10:49 345


Fevralın 26-da saat 16:00 radələrində Bakı-Qazax avtomobil yolunun 243-cü kilometrində Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yol çiynində quraşdırılmış dəmir səddə çırpılıb və sonradan yoldan çıxaraq aşıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. pizza hut

Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları iş və istirahət rejiminə əməl etməyə, səhhətində problem olduğu, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!