Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” “APA”ya istinadən xəbər verir ki, qəza magistral yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ" markalı nəqliyyat avtomobillə "Opel markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Şabran rayon sakinləri - 1987-ci il təvəllüdlü Babayev Xəzər Əlixan oğlu və 1994-cü il təvəllüdlü Qadaşov Habil Əskər oğludur.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız