Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozub. Üstəlik, “Yamaha” markalı motosikletin dövlət qeydiyyat nişanı olmayıb.
Sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb. Dördpendirli pizza
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız