Bakı sakinindən İDDİA: Moskvada 200 min dolları mənimsənildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinindən İDDİA: Moskvada 200 min dolları mənimsənildi

Hadisə

27 Dekabr 2025 00:12 1071


Paytaxt sakini Lalə Talışinskaya 200 min ABŞ dollarından artıq məbləğdə dələduzluğa məruz qaldığını iddia edir.

"Yeni Sabah" xəbər verir ki, Lalə Talışinskaya bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edərək bildirib ki, 12 il əvvəl tanıdığı Elvin Məmiyev müxtəlif vaxtlarda onun ümumilikdə 200 min dollardan artıq pulunu dələduzluq yolu ilə mənimsəyib.

Zərərçəkmişin sözlərinə görə, Elvin Məmiyevin dələduzluq əməlləri ilə bağlı illər əvvəl də hüquq-mühafizə orqanlarına müraciət edib. Sezar pizza

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, fakt üzrə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!