Bakı sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 10:00-dan... 

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 10:00-dan... 

Sosial

13 Avqust 2024 09:32 488


Bu gün Bakının Xəzər, Nəsimi və Binəqədi rayonlarının qaz təchizatında fasilə yaranacaq. 

Yenisabah.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumata görə, Xəzər rayonunun Mərdəkan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunda yol təmiri ilə bağlı qaz xəttinin birləşmə olunaraq tıxaclanması, Binəqədi rayonunun Binəqədi qəsəbəsində tənzimləyicinin mövcud şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması məqsədi ilə avqustun 13-də saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.  Marqarita pizza

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə S.Əsgərova, S. Vurğun, S. Rüstəm, R.Rza, Ə.Topçubaşov küçələrinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin bir hissəsinin, Binəqədi kəndinin, 1,2,3-cü Mədən ərazisinin, Gülüstan küçəsi 1-15 dalanların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!