Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi

Siyasət

13 Fevral 2022 18:16 1755


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisinə yeni köməkçi təyin edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunaraq BŞBPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub. Pepperoni pizza

Nazirin digər əmri ilə 29-cu PŞ-nin rəisi vəzifəsinə isə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəis müavini Ramin Məmmədov təyin edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!