Bakı-Sumqayıt elektrik qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt elektrik qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ

Sosial

11 Sentyabr 2024 18:35 336


"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə 16 sentyabrdan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-yə çatdırılacaq. Dördpendirli pizza

Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

"ADY hərəkət qrafikinə edilmiş dəyişikliklərlə sərnişindaşıma xidmətini sərnişinlərin ehtiyaclarına uyğunlaşdırmağı və dəmir yolları ilə səfər təcrübəsini daha rahat və təhlükəsiz etməyi hədəfləyir", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!