Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən qatar adam vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən qatar adam vurdu

Hadisə

11 Fevral 2026 20:42 676


Abşeron dairəvi dəmiryol marşrutu üzrə Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatarın qarşısına qəfil insan çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

"Fevralın 11-də, saat 19:07-də ADY-yə məxsus qatar Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Sezar pizza

Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!