Bakı-Sumqayıt yolunda genişləndirmə işləri nə vaxt yekunlaşacaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt yolunda genişləndirmə işləri nə vaxt yekunlaşacaq? - Video

Avto

31 May 2020 22:31 1709


Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri iyun ayının ilk ongünlüyündə yekunlaşacaq.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, aparılan yenidənqurma işləri çərçivəsində magistral yolun, demək olar ki, hər iki hissəsində görülən işlər başa çatmaq üzrədir. Pepperoni pizza

Yolda təmir işləri tam başa çatdırıldıqdan sonra ərazidə olan dəmir yolunun üzərindəki yol ötürücüsündə də yenidənqurma işləri aparılacaq. Bu zaman isə avtomobillərin təhlükəsiz hərəkət etməsi üçün şərait yaradılacaq.

Anar Nəcəfli onu da qeyd edib ki, bu işlərin davamı olaraq Abşeron rayonu, Sulutəpə qəsəbəsində olan dairədə yeni yol ötürücüsünün tikilməsi də nəzərdə tutulub. Bununla bağlı layihə hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!