Bakı şəhəri, Masazır dairəsi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, qeydə alınan qəzaya səbəb nəqliyyat vasitələrindən birinin təkərinin partlaması olub. Dominos pizza
"Hadisə bu gün saat 16:35-də Bakı-Quba yolunun 15-ci kilometrliyində, üzü Bakı istiqamətində 99-HS-443 dövlət qeydiyyat nişanlı, "Opel Astra" markalı avtomobilin sürücüsü Aqil Şahin oğlu Mansurov, 10-UP-653 dövlət qeydiyyat nişanlı,"Mercedes-Benz" markalı avtomobilin sürücüsü İntiqam Elşad oğlu Ağakişiyev və 99-XR-316 dövlət qeydiyyat nişanlı, "Opel" markalı avtomobilin sürücüsü Qafur Mustafa oğlu Mustafayevin iştirakı ilə baş verib.
Belə ki, "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinin təkəri partlayıb. Bundan sonra o ani dayanma edib. Nəticədə digər nəqliyyat vasitələri arxadan həmin avtomobillə toqquşub".
Telegram kanalımız