Bakı-Tbilisi əməkdaşlığının inkişafı müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Tbilisi əməkdaşlığının inkişafı müzakirə olundu

Siyasət

04 May 2021 20:36 748


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirib.

Yenisabah.az xəbər verir ki, "Report"a bu barədə Gürcüstan səfirliyindən məlumat verilib.

Görüşdə Bakı və Tbilisi arasında iqtisadiyyat, mədəniyyət, humanitar və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər həmçinin postpandemiya dövründə qarşılıqlı mədəniyyət günlərinin təşkili məsələsini də nəzərdən keçiriblər. Dominos pizza

Müzakirələr zamanı paytaxt şəhərlərin qardaşlaşması ilə bağlı qərar alqışlanıb. Qeyd olunub ki, yaxın zamanlarda bununla bağlı anlaşma memorandumu üzrə işlərin yekunlaşdırılacağı gözlənilir.

Görüşdə Gürcüstan səfirliyinin BŞİH ilə birgə tədbirlərin təşkili məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!