“Bakı trası mühəndislər üçün mürəkkəbdir” -  Karel Lus

“Bakı trası mühəndislər üçün mürəkkəbdir” - Karel Lus

İdman Saytların hazırlanması

25 Aprel 2019 02:51 643


“Renault” komandasının pilotu Daniel Rikkardonun yürüş mühəndisi Karel Lus Bakı trasının və şəhər Qran-Prilərinin xüsusiyyətlərindən danışıb.

K.Lus deyib: “Bakı trası astasürətli döngələrin uzun düz yolla ahəngində maraqlı uyğunlaşmadır. Burada qaz pedalını basma müddəti 20 saniyə uzandığı bir vaxtda yürüşçülər mövqe uğrunda mübarizə aparırlar.

Şəhər trasında heç kimin səhvə yol vermək haqqı yoxdur. Yürüşdə çoxsaylı qəzalar baş verir, tez-tez təhlükəsizlik avtomobili yola çıxır. Bundan başqa, Bakıda şinləri qızdırmaq çətindir. Bu amillər sayəsində yürüş maraqlı alınır.

Şəhər traslarında pilot tərəfindən əks istiqamətlə ünsiyyət böyük rol oynayır. Biz çalışırıq ki, pilot özünü rahat hiss edərək bolidinə etimad göstərsin. Əgər pilot bolidinə əmindirsə, o zaman o, hücuma keçməyi bacaracaq. Şəhər traslarında pilotun istəklərinə xüsusi diqqətlə yanaşmaq lazımdır və onun maşını sürətlə idarə etməsi üçün arzuladığı hər şeyi təqdim etmək vacibdir. Bu, stasionar avtodromlarla müqayisədə şəhər traslarında daha çox mühümdür.

Bakı trası mühəndislər üçün də mürəkkəbdir. Çünki sıxılan güclə sürət arasında uyğunlaşma tapmalısan. Sazlanma axtarışını külək çətinləşdirir. Küləyin istiqaməti hər döngədə dəyişir. Bu səbəbdən də pilot və mühəndislərin işi asan olmur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!