“Bu, o deməkdir ki, Azərbaycan Ermənistandan öz silahlı qüvvələrini geri çəkməsini gözləyir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib.
Son hadisələrə şərh verən diplomat vurğulayıb ki, İrəvan bunu təkbaşına və ya Rusiyanın təzyiqi ilə edə bilər: Pepperoni pizza
“10 noyabr 2020-ci il tarixli birgə bəyanata görə, əgər Ermənistan ordusunun hərbçilərinin bölgədən geri çəkilməsi baş tutmasa, Azərbaycan növbəti addımlar atacaq, yəni hərbi əməliyyatlar keçirəcək.
Razıyam ki, Ermənistan və Azərbaycan qüvvələrinin bu cür bəyanatları və hərəkətləri Rusiyanın sülhməramlı əməliyyat apardığı yerlərdə gərginliyi gücləndirən hərbi münaqişə riskini artırır.
Nə etmək olar? Bakı və İrəvan başlanmış mühüm ikitərəfli danışıqların sürətini və miqyasını artırmalıdır. Bu, vasitəçilərsiz, xüsusən, Rusiyasız üzbəüz formatda həyata keçirilməlidir.
Ermənistan və Rusiyanın bundan sonra atacağı addımları bilmirəm. Türkiyənin də niyyətini bilmirəm, amma Ermənistan-Türkiyə diplomatik təmaslarında görünən irəliləyiş ümidvericidir.
Düşünürəm ki, Ankara Bakıya növbəti müharibədənsə, Ermənistanla danışıqlardan daha çox qazancın əldə edilə biləcəyini göstərə bilər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız