Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər Ermənistan və Azərbaycanın qurumda müşahidəçi statusu alması məsələsini fəal şəkildə öyrənirlər.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu təşkilatın baş katibi Çjan Min deyib.
“Azərbaycan və Ermənistanın müşahidəçi statusu alması məsələsinə gəlincə, ŞƏT-ə üzv dövlətlər bunu fəal şəkildə öyrənirlər. Bu baxımdan mən şəxsən nikbinəm, baxmayaraq ki, hazırda dəqiq vaxt deyə bilmərəm", - deyə baş katib əlavə edib. pizza
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər, əlbəttə ki, nəzərə alınmalı mühüm amildir:
"Eyni zamanda, ŞƏT-ə üzv dövlətlər təşkilata ikitərəfli ziddiyyətlər gətirməməkdə yekdildir. Bu həm də ŞƏT ailəsinə qoşulmaq iddiasında olan hər bir ölkənin yerinə yetirməli olduğu öhdəlikdir”.
Telegram kanalımız