“Mən Brüssel, Vaşinqton və Moskvanın hansı formatdan istifadə etdiyini bilmirəm. Görünür, bunlar Paşinyan və Əliyev arasında müxtəlif dərəcədə kənar müdaxilə ilə birbaşa danışıqlar əsasında qurulub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Soçi görüşü barəsində sülh sazişinin müxtəlif formatını şərh edərkən deyib.
Eks-səfir əlavə edib: Dominos pizza
“Təəssüflər olsun ki, İrəvan və Bakı üçün Rusiyanın böyük təsir rıçaqları qalıb. Ermənistan və Azərbaycan forumlar mübadiləsi aparır, lakin Putin tərəfindən həddindən artıq təzyiq altındadırlar. Soçi toplantıları öncəsi Bakı və İrəvandakı vəziyyətə rəğbət bəsləmək çətindir. Putini Ukraynaya qarşı davranışı müharibə və zorakılığın səbəbkarı kimi Moskvanı istənilən yerdə, xüsusən də Ermənistan və Azərbaycan arasında sülhsevər rol oynamaqdan məhrum edir. Aİ və ABŞ-ın yanaşması dinc nəticə üçün ən yaxşı şansı təqdim edir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız